Accessibility links

Tailand rəsmiləri hökumət əleyhinə etiraz aksiyalarının keçirildiyi yeri geri alacaqlarını bildirmişlər


General Anuponq deyib ki, əməliyyatlar qanuni şəkildə aparılacaq

Tailandın baş naziri Abisit Veccaciva rəsmilərin Bankokda hökumət əleyhinə etiraz aksiyalarının keçirildiyi yeri geri alacaqlarını deyib. Lakin o bunun nə vaxt baş verəcəyi barədə məlumat verməyib. Bu gün ordu generalı Anuponq Paoçinda ilə birlikdə televiziya ilə etdiyi müraciərində cənab Abisit ölkədəki siyasi böhranı həll etmək planının bir hissəsi kimi etiraz aksiyalarının dağıdılmalı olduğunu deyib. General Anuponq əməliyyatların qanuni şəkildə aparılacağını deyib. O eləcə də orduda böyük fikir ayrılıqlarının olduğu barədə məlumatı təkzib edib. Taylandın təhlükəsizlik qüvvələrinin sıralarına Qırmızıköynəkllilərin daxil olduğu bildirilir.

XS
SM
MD
LG