Accessibility links

Banqkok partlayışı ilə bağlı şübhəlilər axtarılır


Şübhəli şəxslərdən biri Eravan məbədində CCTV tərəfindən çəkilmiş videoda görünür

Tailandın baş naziri Prayut Çan-oça deyib ki, rəsmilər çərşənbə axşamı ölkənin paytaxtında 22 nəfərin ölümü və 120 nəfərin yaralanması ilə nəticələnən bomba hücumunun baş verdiyi ərazidəki mühafizə kameralarında görüntülənən şübhəli şəxsləri axtarırlar.

O, ölkəni bir neçə səbəbdən dolayı məhv etmək istəyənlərin olduğunu qeyd edib.

“Hazirda ölkəni dağıtmaq cəhdləri siyasi motiv daşıya və hər hansı bir səbəbdən ölkənin iqtisadiyyatı və turizmini hədəf ala bilər, deyə Çan-oça televiziyada yayımlanan çıxışında bildirib. “Hökumət cinayətkarları tapmaq üçün əlindən gələni edəcək və ən tez zamanda bu hücumla əlaqəsi olan hər bir şəbəkəni ədalət qarşısına çıxaracaq.”

Rəsmilər deyir ki, şübhəli şəxslərdən biri bazar ertəsi Eravan məbədində CCTV tərəfindən çəkilmiş videoda görünür. Çərşənbə günü yayılan videoda bir kişinin bel çantasını çıxarandan sonra onu skamyaya qoyub çıxıb getdiyi görünür. Rəsmilər deyir ki, partlayış bundan bir az sonra baş verib.

Daha bir partlayış Banqkokda çay kənarında yerləşən transit stansiyasının yaxınlığında baş verib. Polis balaca br cihazın körpüdən atıldığını deyir. CCTV-nin görüntülərində cihazın partlamadan öncə suya atıldığı görünür. Xəsarət alanlar yoxdur.

Bazar ertəsi baş verən partlayış isə Banqkokun mərkəzi Ratçaprasonq kommersiya qovşağında, məşhur açıq-hava Eravan hindu məbədinə yaxın bir ərazidə baş verib. Partlayış nəticəsində ölənlərin sırasına altı tailandlı, dörd malayziyalı, üç çinli, bir sinqapurlu, bir filippinli və iki Honq-Konq sakini daxil olub. Bu, məbədin asiyalı turistlər arasında populyar olduğunun göstəricisidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski: Rusiya dronu Çernobıl AES-i vurub
please wait

No media source currently available

0:00 0:11:20 0:00
XS
SM
MD
LG