Accessibility links

Banqladeşdə minlərlə insan Fransa karikatularına etiraz edib


Bangladeş paytaxtında Fransa prezidentinə və onun Məhəmməd Peyğəmbərin karikaturalarının söz azadlığı ilə müdafiə olunduğunu hesab edən dünyəvi qanunlarla bağlı mövqeyinə etiraz olaraq çərşənbə axşamı təxminən 10 min nəfər mitinq keçirib.

Əhalisinin əksəriyyətinin müsəlman olduğu ölkədə İslam qanunlarının tətbiq olunmasını dəstəkləyən mühafizəkar İslami Andolon qrupundan olan etirazçılar əllərində “Bütün dünya müsəlmanları birləşin” və “Fransanı boykot edin” yazılmış şüarlar tutub. Bu, son günlər karikaturaya qarşı etiraz olaraq keçirilən ən böyük aksiyadır.

Bəzi etirazçıların əlində Fransa prezidenti Emmanuel Makronun üzünə "X" işarəsi çəkilmiş portreti də olub.

Məsələ son günlərdə Məhəmməd Peyğəmbərin karikaturalarını sinifdə şagirdlərə göstərən bir fransız müəllimin Paris yaxınlığında dəhşətli bir şəkildə başının kəsilməsindən sonra yenidən gündəmə gəlib. Hücumu həyata keçirən 18 yaşlı çeçenistanlı qaçqın daha sonra polis tərəfindən vurularaq öldürülüb.

Samuel Pati adlı müəllim Fransanın güclü dünyəvi ideallarının və dinin ictimai sahələrə müdaxiləsinin rədd edilməsinin simvolu elan edilib. Makron və onun hökuməti söz azadlığı ilə müdafiə olunan karikaturaları dəstəkləməyə davam edəcəklərinə söz verib.

Müsəlman siyasətçilər, dinşünas alimlər və adi insanlar bu kimi təsvirləri nifrətin ifadəsinin bir növü olaraq qınayır və bunların İslamı təhqir etdiyini düşünür. Müsəlmanlar Fransanın İslamda ən yüksək ehtiram göstərilən peyğəmbərin karikaturaları ilə mövqeyinə cavab olaraq etirazlara və Fransa mallarının boykotuna çağırıb.

Beş il əvvəl Fransa əsilli Əl-Qaidə ekstremistləri Məhəmməd Peyğəmbərin karikaturalarının yayımlanmasına cavab olaraq Fransanın həftəlik Charlie Hebdo satirik jurnalının 12 işçisini öldürüb. Həmin karikaturalar əksəriyyəti müsəlmanlar olan ölkələrdə kütləvi etirazlara gətirib çıxarıb və bəzi hallarda ölümə səbəb olmuşdu.

XS
SM
MD
LG