Accessibility links

Banqladeşdə soyuq hava şəraiti səbəbilə azı 50 nəfər ölüb


İnsanlar Dəkkə küçələrində qış paltarları satır

Səhiyyə rəsmilərinin bildirdiyinə görə, Banqladeşdə soyuq hava şəraiti səbəbilə azı 50 nəfər həyatını itirib.

Hava xidmətinin məlumatına əsasən, ölkədə bu ilin ən aşağı temperaturu 4.5 dərəcə olub və bazar günü Banqladeşin şimalında Tetulia şəhərində qeydə alınıb.

Noyabrın 1-dən dekabarın 28-dək 17 nəfər tənəffüs yolları infeksiyası, 33 nəfər diareya və digər xəstəliklər səbəbilə həyatını itirib. Bu barədə hökümətin səhiyyə müdiriyyətinin yüksək səviyyəli rəsmisi Ayişə Axter bildirib.

Xəstəxanalar qrip, susuzluq və sətəlcəm kimi xəstəliklərdən əziyyət çəkən insanlarla dolub.

Axter deyib ki, aşağı gəlirli insanlar, xüsusilə fəhlələr soyuğ havanın təsirinə ən çox məruz qalan insanlardır, çünki onların isti paltarları yoxdur, yaşlılar və uşaqlar isə sətəlcəm kimi xəstəliklərə açıqdır.

Hava xidməti bildirib ki, soyuq hava, soyuq külək və dumanın bir neçə gün daha davam edəcəyi gözlənilir.

Ağır dumanlı hava şəraiti səbəbilə aviasiya rəsmiləri uçuşları təxirə salır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG