Accessibility links

Banqladeşdə terror təşkilatçısı öldürülüb


Banqladeş polisinin bu gün paytaxt Dəkkə yaxınlığında terrorçuların sığınacağında keçirdiyi reyd zamanı 3 islamçı ekstremist öıdürüıüb. Onlar arasında öyən ay əcnəbi müştərilərlə dolu kafeda baş vermiş partlayışının təşkilatçısı da var.

Baş polis zabiti Sanvar Huseyn yaraqlıların öldürülməsini təsdiq edib.

Onlar təslim olmadı. Polis 4-5 qumbara atdılar və AK 22 silahlarından atəş açdılar
Banqladeş Baş Polis İdarəsinin rəisi Şahidul Hoq

Rəsmilər deyir ki, Dəkkədən 25 kilometr cənubda olan Narayanqanc şəhərindəki ekstremistlər polislə bir saata yaxın atışıb.

"Onlar təslim olmadı. Polis 4-5 qumbara atdılar və AK 22 silahlarından atəş açdılar" - deyə Banqladeş Baş Polis İdarəsinin rəisi Şahidul Hoq AFP-ə bildirib.

Banqladeş doğumlu Kanada vətəndaşı Tamrim Əhməd Çoudri öldürülənlər arasında olub. Bu barədə məlumatı da yerli polis verib. O iki polis işçisi ilə yanaşı, 17 əcnəbi də daxil olmaqla 20 nəfərin girov götürülərək öldürüldüyü terror hücumunun təşkilatçısı hesab edilir. Bu, ölkədə qeydə alınmış ən faciəli terror hücumudur.

Son məlumatlara görə, ölkə polisi və təhlükəsizlik qüvvələri yaraqlıların sığınacaqlarında reydləri davam etdirir.

XS
SM
MD
LG