Accessibility links

Barak Obama İllinoysda yeni iş yerləri barədə planını açıqlayır


Barak Obama İllinoysda yeni iş yerləri barədə planını açıqlayır
Barak Obama İllinoysda yeni iş yerləri barədə planını açıqlayır

Ağ Evin bildirdiyinə görə, Barak Obama 3 ştata avtobus turnesinin davamı kimi, bu gün İllinoys ştatında yeni iş yerləri barədə planını açıqlayır. ABŞ prezidentinin vergilərin ixtisarı, infrastruktura investisiya qoyuluşu və işsizlərə yardıma çağıracağı gözlənilir. Dünən prezident Ayova ştatında keçirilən iqtisadi forumda iştirak edib. Barak Obama deyib ki, Konqresin bəzi üzvləri Amerika xalqına yardım edəcək qanun layihəsinin təsdiqindənsə, diqqətini prezident seçkilərinə yönəldib. O, Konqresi ölkədə məsrəflərə dair mübahisələri həll etməməkdə günahlandırıb. Bundan əvvəl, Minnesota ştatının Kannon Falls şəhər parkında keçirdiyi görüş zamanı dövlət başçısı bildirib ki, demokratlarla respublikaçılar arasında borclarla bağlı mübarizə iqtisadiyyata vurulan ən böyük zərbədir. Barak Obamanın avtobus turnesi onun iqtisadi dirçəliş fəaliyyətlərinə dair tənqidlərə cavab mahiyyəti daşıyır.

XS
SM
MD
LG