Accessibility links

Barak Obama Ağ Evdə iki partiya liderlərini qəbul edəcək


Barak Obama Ağ Evdə iki partiya liderlərini qəbul edəcək
Barak Obama Ağ Evdə iki partiya liderlərini qəbul edəcək

ABŞ prezidenti Barak Obama müəyyən edilmiş möhlətədək dövlətin borc limitini artırmaq üçün danışıqları davam etdirmək məqsədilə sabah Ağ Evdə hər iki partiyanın rəhbərlərini qəbul edəcək. Cənab Obama görüşü Ağ Evdə müntəzəm keçirilən mətbuat brinfinqində elan edib.

Biz daxili xərcləri, müdafiə və sosial sığorta xərclərini, vergi kodları və varlı amerikalılar üçün ixtisarlar və imtiyazları nəzərdən keçirməliyik.

Prezident xəbərdarlıq edib ki, o, qısa dönəmli həll yollarını dəstəkləmir. O, təkrarən “son anda” razılığın əldə olunmasına çağırıb.

Prezidentin çağırışına baxmayaraq Respublikaçı spiker Con Beyner cümə axşamı danışıqlarının razılığa gətirib çıxaracağına nikbin olmadığını bildirib.

XS
SM
MD
LG