ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, onun ən başlıca işi Amerika iqtisadiyyatında artım üçün xarici bazarlara qapılar açmaqdır. Həftəlik müraciəti zamanı cənab Obama bildirib ki, bu həftə Ağ Evdə Çin prezidenti Hu Cintao ilə görüşünün səbəblərindən biri də xarici bazarlara çıxış əldə etmək olub. Prezident Hu bəyan edib ki, onun ölkəsi ABŞ-la müqavilələr əsasında 45 milyard dollar yatırım edəcək. Cənab Obama bu sazişin ABŞ-da 235 min iş yeri açacağını bildirib. O, habelə ABŞ-ın ixracatının inkişafına nümunə kimi Cənubi Koreya və Hindistanla əldə olunmuş son razılıqları göstərib.
Həftəlik müraciəti zamanı cənab Obama bildirib ki, bu həftə Ağ Evdə Çin prezidenti Hu Cintao ilə görüşünün səbəblərindən biri də xarici bazarlara çıxış əldə etmək olub