Accessibility links

Barak Obama Avropaya səfərə gedir


ABŞ prezidenti Barak Obama bu həftə 4 günlük Avropa səfərinə başlayır. Bu gün axşam saatlarında Vaşinqtonu tərk edəcək cənab Obama Polşa, Belçika və Fransaya səfər edəcək.

ABŞ liderinin Avropaya səfəri Rusiyanın Ukraynada təhlükəli addımlar atdığı vaxta təsadüf edir. Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroşenkonun ölkədə stabilliyi bərpa edə biləcəyinə dair də qeyri-müəyyənlik mövcuddur. Prezident Obama cənab Poroşenko ilə Polşada görüşəcək.

Barak Obama çərşənbə və cümə axşamı günləri Brüsseldə keçiriləcək Böyük Yeddiliyin toplantısında ABŞ-ın müttəfiqləri ilə məsləhətləşmələr aparacaq.

Cümə günü isə cənab Obama Fransaya səfər edəcək.
XS
SM
MD
LG