Accessibility links

Barak Obama: "Bizə müvəqqəti sarsıntı yaşada bilərlər, amma..."


ABŞ prezidenti Barak Obama deyir ki, bu həftənin əvvəli Bostonda baş verən partlayışlara görə məsuliyyət daşıyan terrorçular layiq olduqları cəzanı almalıdırlar.

Prezident Obama Massaçusets ştatının Boston şəhərində Müqəddəs Xaç Kilsəsində keçirilən dinlərarası anım mərasiminə qatılıb. "Bizə müvvəqqəti sarsıntı yaşada bilərlər, amma biz özümüzü toparlayıb yolumuza davam edəcəyik və mübarizəni sona çatdıracağıq," deyə Barak Obama bildirib.

O, baş vermiş faciə zamanı doğmalarını itirmiş insanlara Allahdan səbr arzulayıb və partlayışa görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verəcəyini bildirib.

Mərasimdə Boston Kardinalı Şon O'Meyli və Massaçusets qubernatoru Deval Patrik çıxış ediblər.

Ağ Ev sözçüsü deyir ki, prezident Obama Boston səfəri çərçivəsində hadisə zamanı ölən və yaralananların ailə üzvləri ilə görüşəcək.
XS
SM
MD
LG