Accessibility links

Barak Obama Braziliyadadır


Barak Obama Braziliyadadır
Barak Obama Braziliyadadır

ABŞ prezidenti Barak Obama və onun ailəsi prezidentin Cənubi Amerika turunun ilk dayanacağı olan Braziliyaya gəliblər. Burada cənab Obama braziliyalı həmkarı Dilma Russeflə görüşüb. Görüşdə liderlər bir sıra regional və qlobal məsələləri, o cümlədən Liviyadakı vəziyyəti müzakirə ediblər.

Cənab Obama deyib ki, səfərin məqsədi ABŞ-ın Cənubi Amerika qonşuları ilə əlaqələrini möhkəmləndirməkdir. O, bu ölkələrin Amerikanın iqtisadi gələcəyində artan rolunu vurğulayıb.

Həftəlik müraciətində cənab Obama deyib ki, Braziliya ən çox məhsulu Amerikadan idxal edir. Bu isə ABŞ-da minlərlə iş yerlərinin qorunmasına xidmət edir. Prezident Braziliyada olarkən biznes əlaqələrini inkişaf etdirmək və əlavə iş yerləri yaratmaq üçün biznes liderləri ilə görüşəcəyini deyib.

XS
SM
MD
LG