Accessibility links

Barak Obama bu gün Asiyaya 10 günlük səfərə başlayır


Barak Obama bu gün Asiyaya 10 günlük səfərə başlayır
Barak Obama bu gün Asiyaya 10 günlük səfərə başlayır

ABŞ prezidenti Barak Obama bu gün Asiya boyu 10 günlük səfərə başlayır. Hindistandan başlayacaq səfər İndoneziya, Cənubi Koreya və Yaponiyanı əhatə edəcək. Prezident hər bir ölkə ilə təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində əlaqərələrin dərinləşdirilməsinə çalışacaq.Prezident Obama səfərinin ilk dayanacağı Hindistanın ticarət mərkəzi Mumbayda olacaq. Bu şəhərdə ABŞ dövlət başçısı Hindistan və Amerikanın biznes liderləri ilə görüşlər keçirəcək. Dünən Ağ Evdə müxbirlərlə görüşü zamanı Barak Obama demişdi ki, səfəri zamanı dünyanın sürətlə böyüyən marketlərində ABŞ mallarının satışı və yeni iş yerlərinin açılışına çalışacaq. ABŞ dövlət başçısı Vaşinqtona noyabr ayının 14-ü dönəcək.

XS
SM
MD
LG