Accessibility links

Barak Obama bu gün Konqresin demokrat və respublikaçı liderləri ilə görüşüb


Barak Obama bu gün Konqresin demokrat və respublikaçı liderləri ilə görüşüb
Barak Obama bu gün Konqresin demokrat və respublikaçı liderləri ilə görüşüb

ABŞ prezidenti Barak Obama bu gün Konqresin demokrat və respublikaçı liderləri ilə görüşüb, cari həftənin sonu başa çatacaq büdcə razılığı barədə müzakirələr keçirib. Nümayəndələr Palatasının spikeri Con Boyner görüşdən sonra deyib ki, respublikaçılar razılaşmadıqları təklifləri qəbul etməyəcək. Konqresin demokrat və respublikaçı liderləri aylardır ki, ABŞ hökumətinin məsrəflərinə dair büdcə barədə ortaq zəmin əldə edə bilmir. Baxmayaraq ki, büdcə ili sentyabrın sonunda başa çatır. ABŞ prezidenti Barak Obama razılığı iqtisadi dirçəlişə mane olunmamısı üçün labüd hesab edir. Respublikaçılar isə hökumətin bağlanacağı barədə xəbərdarlıq verərək, hökumətin defisitinin aradan qaldırılması üçün əsaslı ixtisarlara ehtiyac olduğunu bildirir. Cümə gününədək razılıq əldə edilməsə hökumət agentliklərinin işi dayandırılacaq.

XS
SM
MD
LG