Accessibility links

Barak Obama Facebook vasitəsilə gənclərin suallarını cavablandırıb


Barak Obama Facebook vasitəsilə gənclərin suallarını cavablandırıb
Barak Obama Facebook vasitəsilə gənclərin suallarını cavablandırıb

Prezident Barak Obama ABŞ hökumətinin defisitinin azaldılması ilə bağlı fikirlərinə dəstək qazanmaq üçün Facebook sosial şəbəkəsi vasitəsilə gənclərin suallarını cavablardırıb.

Prezident Facebook-un Kaliforniya ştatında Palo Alto şəhərindəki baş qərargahında gənclər qarşısında çıxış edib. O həm auditoriyanın, həm də onlayn izləyicilərin suallarını cavablandırıb. Tədbirin aparıcısı isə şirkətin 26 yaşlı milyarder təsisçisi Mark Zukerberq olub. Cənab Obamaya ölkənin büdcə defisitinin azaldılması üçün Respublikaçı nümayəndə Pol Rayan tərəfindən gələn təklif barədə sual soruşublar. Barak Obama qarşıdakı 12 il ərzində büdcə kəsirinin 4 trilyon dollara qədər azaldılmasını nəzərdə tutan planının detallarını açıqladı. Onun sözlərinə görə, bu, çətin olsa da, mümkündür.

Xatırladaq ki, siz də Facebook-da Amerikanın səsinin dostu ola bilər, mühüm dünya hadisələri barədə bizdən məlumat ala bilərsiniz. "VOA Azerbaijani" sizinlə Facebook-da dost olmağı indidən qəbul edir.

XS
SM
MD
LG