Accessibility links

Barak Obama ABŞ-ın Asiya-Sakit okean regionunda müttəfiqlərinə dəstək vəd edib


ABŞ prezidenti Barak Obama Flippin paytaxtı Manilada danışıqların bir hissəsi olaraq Asiya-Sakit okean hövzəsində müttəfiq ölkələrə dəniz donanması təhlükəsizliyinin gücləndirilməsində dəstək göstəriləcəyinə söz verib.

Filippin donanmasının BRP Qreqorio Pilar gəmisini gəzdikdən sonra Obama gəminin ekipaj üzvləri və jurnalistlərə Birləşmiş Ştatların Flippinə tam dəstək verdiyini deyib.

Ağ Ev iki il ərzində Flippinə 79, Viyetnama 40, İndoneziyaya 21 miliyon və Malaziyaya 2,5 miliyon dollar məbləğində yardm daxil olmaqla ümumi hesabla region üün 259 miliyon dolların ayrılacağını elan edib.

ABŞ həmçinin Sahil Mühafizəsi dəniz donanması və tədqiqat gəmisini Flippinə göndərir.

Pekinin ərazi iddiaları qonşu ölkələrdə gərginliyin artırılmasına gətirib çıxarıb. Bu həftə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində dünyanın 21 ölkəsinin liderləri və dövlət başçıları iştirak edir.

Çinin APEC üzvü olmadığına baxmayaraq, prezident Si Tzinpin də sammitdə iştirak etmək üçün Maniladadır.

Obama administrasiyası bildirib ki, görüş zamanı əsasən iqtisadi məsələlərin müzakirəsi ilə yanaşı, Parisdə terror aksiyalarından sonra İslam Dövləti qrupuna qarşı mübarizə daə əsas mövzulardan biri olacaq.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG