Accessibility links

Barak Obama Çinin vitse-prezidenti Tsi Jinpinqi Ağ Evdə salamlayacaq


Barak Obama Çinin vitse-prezidenti Tsi Jinpinqi Ağ Evdə salamlayacaq
Barak Obama Çinin vitse-prezidenti Tsi Jinpinqi Ağ Evdə salamlayacaq

ABŞ prezidenti Barak Obama gələn çərşənbə axşamı günü Çinin vitse-prezidenti Tsi Jinpinqi Ağ Evdə salamlayacaq.
ABŞ-ın vitse-prezidenti Co Bayden çinli həmkarı Tsi Jinpinglə Vaşingtonda keçiriləcək görüşün gündəliyini müzakirə edib. Onların ABŞ-Çin əlaqələrinin möhkəmləndirilməsi məsələsini müzakirə edəcəyi gözlənilir.
Ağ Evin bildirdiyinə görə, liderlər iqtisadi və ticari əlaqələrin inkişafı məsələsini də müzakirə etməlidir. Bayden bundan əvvəl ABŞ-Çin münasibətlərinin mühümlüyünü önə cəkmişdi.
Çinin dövlət mediasının bildirdiyinə görə, Tsi Jinpingin səfəri qarşılıqlı etimad və tərəfdaşlıq əlaqələrinin müzakirəsi məqsədi daşıyır.
Amertika ilə Çin arasında əlaqələr ABŞ-ın Tayvana silah satışı, ticarət natarazlığı və valyuta dəyərləri kimi bir sıra məsələlərə görə gərgindir.Çinin vitse-prezidentinin 2013-cü ildə Çinin Kommunist Partiyasının sədri və ölkənin prezidenti olacağı gözlənilir.

XS
SM
MD
LG