Accessibility links

Barak Obama iqtisadi dirçəlişə diqqət çəkməyə çalışır


ABŞ prezidenti Barak Obama ölkə boyu üç günlük kampaniya stilli səfərini başa vurmaq üzrədir. Səfərdə məqsəd iqtisadi siyasətin nailiyyətlərini vurğulamaq və Noyabrda yaxınlaşan konqres seçkilərində Demokrat namizədlərə kömək etməkdir. Associated Press-in keçirdiyi rəy sorğusu göstərir ki, vətəndaşların yalnız 41 faizi Obamanın iqtisadi siyasətini dəstəkləyir. Eyni zamanda seçicilər iqtisadiyyatı ən vacib məsələ kimi dəyərləndirir. Mərkəzi Ohayo ştatında dayanan Obama pencəyini çıxaraq, köynəyinin qollarını çırmalamış və orta sinfin nümayəndələri ilə söhbətləşmişdir. ABŞ prezidenti israr edir ki, iqtisadiyyat dirçəlir və dövlət düzgün kursdadır. O, ölkənin üzləşdiyi iqtisadi bəlalara görə Respublikaçıları qınayır.

XS
SM
MD
LG