Accessibility links

Barak Obama müttəfiqlərin dinlənilməsinə son qoymağı nəzərdən keçirir


ABŞ rəsmiləri deyir ki, Obama administrasiyası Milli Təhlükəsizlik Agentliyinə Amerikanın müttəfiq ölkələrinin liderlərinin izlənməsini dayandırması barədə göstəriş verib-verməməyi nəzərdən keçirir.

Kaliforniyadan Demokrat senator, Senatın Kəşfiyyat Komitəsinin sədri Dianne Feinstein dünən bəyanat yayaraq deyib ki, ona Ağ Evdən "müttəfiqlərin məlumatlarının toplanmasının" davam etdirilməyəcəyini bildiriblər. Ancaq administrasiya rəsmiləri son qərarın hələ də verilmədiyini deyib.

Prezident Barak Obamanın Milli Təhlüsizlik Şurasının sözçüsü Keytlin Heyden deyib ki, adminsitrasiya bu prosesdə artıq bəzi qərarlara gəlsə də, o, senator Feinsteinin bəyanatını rədd edib.
XS
SM
MD
LG