Accessibility links

Barak Obama: "Tələbə islahatları planı ABŞ-ı dünyada ən çox məzunu olan ölkəyə çevirəcək"


A protester gestures in Tahrir Square in Cairo, Egypt next to a poster showing a noose and a photo of former Egyptian President Hosni Mubarak. AP/Amr Nabil
A protester gestures in Tahrir Square in Cairo, Egypt next to a poster showing a noose and a photo of former Egyptian President Hosni Mubarak. AP/Amr Nabil

ABŞ prezidenti həftəlik radio və internet müraciətini ünvanlayıb

ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, onun tələbə islahatları planı Birləşmiş Ştatları dünyada ən çox məzunu olan ölkəyə çevirəcək. Həftəlik radio və internet müraciətində cənab Obama deyib ki, ötən həftə Konqresin qəbul etdiyi bu plan həmçinin vergi ödəyənlərin 68 milyard dollarına qənaət edəcək. Planda tələbələrin kredit alması üçün vasitəçi rolunu oynayan özəl banklara subsidiyaların aradan qaldırılması nəzərdə tutulur. Nəticədə əldə olunan qazanclar kollec tələbələri və digər proqramlar üçün ayrılacaq. Plana görə, borc verən özəl şirkətlər tələbələrə federal kreditlərin verilməsində rol oynamağa davam edəcək. Onlar hökumətin əvəzindən borcların yığılmasında iştirak edəcəklər.

XS
SM
MD
LG