Accessibility links

Nümayəndələr Palatası Obamanın İslam Dövləti ilə bağlı planını dəstəkləyib


ABŞ Prezidenti Barak Obama bildirib ki, respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasının ona Suriyada müxalifət qüvvələrini silah və təlimlə təmin etmək planını dəstəkləməsi İslam Dövləti qrupuna qarşı atılmış mühüm addımdır. Plan 273 lehinə,156 əleyhinə səslə qəbul edilib.

Demokratların nəzarətində olan Senatın planla bağlı bu gün səsvermə keçirəcəyi gözlənilir.

Nümayəndələr Palatasının səsverməsindən əvvəl dövlət katibi Con Kerri deyib ki, Senatın bəzi üzvləri İslam Dövləti qrupuna havadan müdaxilənin Suriyaya yardım edəcəyinə şübhə ilə yanaşır.

Kerri əlavə edib ki, 50-yə yaxın ölkə artıq İraqda iş görməyə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG