Accessibility links

Barak Obama:”Stiv Cobs Amerikanın ən böyük novatorlarından biri idi”


Barak Obama:”Stiv Cobs Amerikanın ən böyük novatorlarından biri idi”
Barak Obama:”Stiv Cobs Amerikanın ən böyük novatorlarından biri idi”

ABŞ prezidenti Barak Obama Apple şirkətinin təsisçisi Stiv Cobsun ölümülə bağlı bəyanat verib. Prezident Obamanın bəyanatında deyilir ki, Stiv Cobs Amerikanın ən böyük novatorlarından biri kimi fərqli düşünmək və dünyanı dəyişdirə biləcəyinə inanmaq üçün kifayət qədər cəsarətə və bunu etmək üçün kifayət qədər istedada malik olan bir insan idi.

Bəyanatda ABŞ prezidenti Stiv Cobsun öz evinin qarajından dünyada ən müvəffəq şirkətlərdən birinin əsasını qoymağa başladığını deyərək, onun Amerikada yaradıcılıq ruhuna bir nümunə olduğunu qeyd edir.

“Kopyuterləri şəxsə əşyaya çevirib, bizə interneti cibimizdə gəzdirməyə imkan verərək, o, informasiya dünyasında inqilabı nəinki mümkün etdi, onu bizim üçün əyləncəli bir işə çevirə bildi”-deyə bəyanatda deyilir.

Prezident Obama Stiv Cobsun hər bir gününü həyatının sonuncu günü kimi yaşadığını deməsini xatırladaraq bildirir ki, belə düşündüyü üçün o, insanların həyatını dəyişdir, sənaye sahələrinin işinin yenidən müəyyənləşdirməsinə yenidən yol aça bilmiş və insanların dünyaya baxışını dəyişərək, bəşəriyyət tarixində ən böyük qəhrəmanlıqlarından birini edə bilməyə müəyəssər olmuşdu.

ABŞ prezidenti dünyanın böyük təxəyyülə malik bir insanı itirdiyini deyərək, qeyd edir ki, Stiv Cobsun uğuruna verilən böyük qiymət odur ki, dünyanın böyük hissəsində insanlar onun ölümü haqda xəbəri məhz onun ixtira etdiyi cihazdan öyrənib.

“Mişel və mən Stivin həyat yoldaşı Loren, onun ailəsi və onu sevən bütün insanlara başsağlığı bildirir və dualarımızı çatdırırq”-deyə ABŞ prezidenti bəyanatını bu sözlərlə bitirir.

XS
SM
MD
LG