Bu gün günorta saatlarıbda Almaniyaya çatan ABŞ prezidenti Barak Obamanın iki günlük səfəri zamanı Almaniya kanslari Angela Merkerllə iqtisadiyyat, terrorizm, transatlantik təhlükəsizlik və bir çox başqa mövzuları müzakirə edəcəyi gözlənilir.
Hannover şəhərinə çatandan bir neçə saat sonra Obama Merkellə danışıqlara başlayacaq. Almaniyaya Britaniyadan gələn ABŞ prezidenti orada da ticarət də daxil olmaqla çoxşaxəli danışıqlar aparıb.
Mətbuata müraciət edəndən sonra Obama və Merkel Hannover texnologiya sərgisinin açılışı rəsmən elan edəcəklər. Bu sərgi dünya texnologiya sənayesi üçün ən çox material satılan nümayişdir. Təşkilatçılar sərgidə 6500 şirkətin mallarını nümayiş etdirəcəyini və 70 ölkədən 200 mindən çox insanın nümayişə qatılacağını proqnozlaşdırıb.
Ağ Ev rəsmiləri bildirib ki, tədbir ticarət və kommersiya da daxil olmaqla ABŞ-Almaniya arasında bir çox sahələrdə əməkdaşlığın mühümlüyünü göstərir.
ABŞ və Avropa Birliyi arasında azad ticarət paktına dair danışıqlar aparılıb. Rəsmilər deyir ki, ABŞ-Avropa sövdələşməsi Atlantik Okeanın hər iki sahilində olan bu iqtisadiyyatlara illik 100 milyard dollar əlavə edə bilər.