Accessibility links

Braziliyada prezidenti "impiçmentə göndərən" qanunverici Konqresdən uzaqlaşdırılıb


Braziliya Konqresinin aşağı palatası prezident Dilma Russeffin impiçmentinin həyata keçməsinə ciddi səy göstərən qanunvericinin ofisdən uzaqlaşdırılmasına səs verib.

Eduardo Kunhanın səlahiyyətlərinin alınmasına dair qərar böyük üstünlüklə, 450-10 nisbətində qəbul edilib.

O, İsveçrədə gizli bank hesablarının olması barədə yalan danışmaqda ittiham olunur. Kunha demişdi ki, mülkiyyəti onun nəzarətində olmayan hesabda saxlanıb.

Kunha həmçinin dövlət neft şirkəti Petrobasda korrupsuya qalmaqalı ilə bağlı da ittiham olunur.

Braziliya Senatı ötən ay federan büdcə qanunlarını pozduğuna görə, Russeffin vəzifədən uzaqlaşdırılmasına səs vermişdi.

Russeff federal büdcədəki defisiti aradan qaldırmaq üçün dövlət banklarından qeyri-qanuni yolla vəsaitlər əldə etməkdə ittiham olunub. Onun bunu 2014-cü il prezident seçkiləri ərəfəsindən populyarlığını artırmaq məqsədilə həyata keçirdiyi iddia edilir.

O, heç bir qeyri-qanuni hərəkət etmədiyini və siyasi rəqiblərinin məhkəmədən onu hakimiyyətdən devirmək üçün istifadə etdiyini, eləcə də Braziliya demokratiyasını şübhə altına aldığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Nazarbayev etirazlardan sonra ilk dəfə video müraciət yayımlayıb
please wait

No media source currently available

0:00 0:10:04 0:00
XS
SM
MD
LG