Accessibility links

Barbados Respublika olduğunu elan edərək, Britaniya krallığı ilə əlaqələri kəsdi


Çərşənbə axşamı Barbados Britaniya taxt-tacı ilə müstəmləkə əlaqələrini kəsərək, Britaniya Kraliçası Elizabeti Karib hövzəsi dövlətinin başçısı vəzifəsindən kənarlaşdıraraq respublika oldu.

Keçən ay keçirilən seçkilərdə qalib gələn Sandra Meyson ölkəsinin ilk prezidenti kimi andiçmə mərasimində çıxış edərək, “Barbados Respublikası ilk səyahətinə çıxdı” - deyə, bildirib.

"Biz insanlar Barbados Respublikasına onun ruhunu və mahiyyətini verməliyik" deyən Mason eləvə edib ki, “biz onun gələcəyini formalaşdırmalıyıq. Biz bir-birimizin və millətimizin mühafizəçiləriyik. Biz Barbados xalqıyıq."

Böyük Britaniya şahzadəsi Çarlz da daxil olmaqla, yüksək səviyyəli şəxslər dəyişikliklə bağlı mərasimdə iştirak edib. Tədbir Barbadosun Britaniyadan müstəqilliyini elan etməsindən 55 il keçdiyi vaxt keçirilib.

Britaniya taxtının varisi onu dəvət etdiklərinə görə rəsmilərə təşəkkür edib və eyni zamanda çıxışı zamanı ingilis köçkünlərinin gəlirli şəkər plantasiyalarında əsarət altına alınmış yüz minlərlə afrikalıların əməyindən istifadə edən ölkəsinin uzun tarixini etiraf edib.

"Bu respublikanın yaradılması yeni bir başlanğıcdır" deyən Şahzadə Çarlz bildirib ki, "Keçmişimizin ən qaranlıq günlərindən və tariximizi əbədi ləkələyən köləliyin dəhşətli vəhşiliyindən sonra bu adanın insanları öz yollarını qeyri-adi mətanətlə tutublar".

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG