Accessibility links

Barbara Buş müalicədən imtina edib


Sabiq ABŞ prezidentinin həyat yoldaşı, digərinin isə anası olan Barbara Buşun səhhəti pisdir və o, artıq tibbi müalicə almaqdan imtina edir.

Həyat yoldaşı, keçmiş prezident Corc Buş atanın ofisinin verdiyi məlumata görə, 92 yaşlı sabiq birinci xanım bu qərarı bir sıra müalicələrdən və ailəsi və həkimləri ilə məsləhətləşəndən sonra verib. Bəyanatda onun hansı xəstəliyə qarşı müalicə aldığı qeyd edilməyib.

“Onun çox sevdiyi ailəsi yanındadır və o, ona edilən dualar və mesajlara görə təşəkkürünü bildirir,” bəyanatda bildirilib.

Açıq sözlülüyü ilə tanınan Barbara Buş 1989-cu ildən 1993-cü ilədək birinci xanım olub. O, 92 yaşındadır və son illər səhhəti pisləşir.

Barbara Buş ölkənin 43-cü prezidenti Corc Buş oğul və sabiq Florida qubernatoru Ceb Buşun anasıdır.

O, həm prezident yoldaşı, həm də anası olan iki birinci xanımdan biridir.

Digəri ölkənin ikinci prezidenti Con Adamsın həyat yoldaşı və altıncı prezidenti Con Kuinsi Adamsın anası Abigeil Adamsdır.

XS
SM
MD
LG