Accessibility links

ABŞ-ın sabiq birinci xanımı vəfat edib


Birləşmiş Ştatların sabiq birinci xanımı Barbara Buş çərşənbə axşamı 92 yaşında ailəsinin yanında vəfat edib.

Buş ailəsi xanım Buşun sağlamlığı haqda qısa məlumat verərək, onun ürək çatışmazlığı və xroniki obstruktiv ağ ciyər xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Son günlər vəziyyəti ağırlaşdığı üçün xanım Buş müalicəni davam etməkdən imtina etmişdi.

Barbara Buş özünün güclü xarakteri və kəskin dili ilə tanınırdı.

6 uşaq anası olan xanım Buş ölkənin 41-ci prezidenti Corc H. W. Buşun həyat yoldaşı, 43-cü prezidenti Corc W. Buşun anası idi.

Birinci xanım olaraq Barbara Buş əsas diqqəti ölkədə təhsilə sahəsinə yetirib.

Ağ Evin açıqladığı şərhdə prezident Donald Tramp və birinci xanım Melaniya Trampın Barbara Buşun təhsil sahəsindəki əməyinə yüksək qiymət verdikləri deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG