Accessibility links

Bariatrik cərrahiyyə - Mədənin kiçildilməsinın şəkər xəstəliyinə təsiri


Bariatrik cərrahiyyə - Mədənin kiçildilməsinın şəkər xəstəliyinə təsiri
please wait

No media source currently available

0:00 0:02:41 0:00

Bariatrik cərrahiyyə mədənin kiçildilməsidir ki, bu da insanlara artıq çəkini itirməyə və sağlamlıqlarını bərpa etməyə yardım edir. Bəzi həkimlər həyatı dəyişən bu əməliyyatı çəkisi artan insanlara tövsiyə edir.

20 ildir çəkisi ilə mübarizə aparmasına baxmayaraq, Şon Rocersin şəkər xəstəliyi getdikcə ağırlaşırdı. “Pəhriz saxlamağıma və insulini davam etməyimə baxmayaraq, mən şəkərimi nəzarət altında saxlamaq üçün kifayət qədər çəki itirə bilmədim.”

Qandakı şəkəri stabil saxlayan insulin çox zaman insanlarda aclığa səbəb olur ki, bu da çəki itirməyə mane olur. Lakin bariatric cərrahiyyə çox bahadır.

Birləşmiş Ştatların tibbi sığorta şirkətləri diabet ağır formada olsa belə, insanın bədən indeksi, və ya BKİ-ı azı 35 olmayınca bu əməliyyat üçün pul ödəmək istəmir. Bədən indeksi insanın çəkisi və boyunun hündürlüyünə əsaslanan piyin ölçüsüdür. Lakin bunu bilmək diabet xəstələrinin şəkərinin müalicəsində həmişə yaxşı nəticə vermir. Ohayo ştatının Wexner Tibb Mərkəzindən doktor Steysi Bethauer: “Piyin ölçüsünü bimək şəkərin müalicəsinın dəqiq aparılmasına həmişə yardım etmir.”

Doktor Steysi Bethauer əməliyyatlar üçün kriteriyaların köhnəldiyini deyir. “Xəstələr bu əməliyyat olmadan xəstəliklərinin daha da ağırlaşacağını və həyatlarının qısalacağını çox yaxşı bilirlər.”

Amerika Tibb Assosiasiyası artıq çəkinin ciddi xronuiki xəstəlik olduğunu və müalicə olunmadığı təqdirdə ürək xəstəliyinə, xərçəngə və şəkər xəstəliyinə səbəb ola biləcəyini deyir. “Ürək və ya xərçəng xəstəliyi olan insan bunun öhdəsində təkbaşna gələ bilməz. Xəstələr özlərinə yardımı yalnız onlara müalicə edilərkən edə bilərlər. Lakin onlara müalicə mütləq lazımdır” - deyə, Steysi Bethauer

Əməliyyat ediləndən sonra Rocer çox arıqlayıb və şəkəri nəzarət altındadır. O, artıq çox sayda dərman qəbul etmir və insulini gündəlik dozasını 500 deyil, 10 ədəd qəbul edir.

Diabet qlobal problemdir. Dünyada 400 milyondan çox, yəni hər on bir nəfərdən biri diabet xəstəsidir. Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyin getdikcə artacağını deyir.

Əgər şəkər xəstələri xəstəliyin ilkin çağlarında bariatric əməliyyat elətdirsələr sağala bilərlər. Əgər kimsə 10 il və ya ondan da çox zamandır şəkər xəstəsidirsə, bu əməliyyat ona kömək etməyəcək. Lakin doktor Bethauer deyir ki, bu əməliyyat həmin xəstənin vəziyyətini xeyli yaxşılaşdıra bilər.

XS
SM
MD
LG