Accessibility links

ABŞ Baş prokuroru Barr istefa verir


ABŞ Baş prokuroru Vilyam Barr növbəti həftə vəzifəsindən gedir.

Bazar ertəsi Ağ Evdə Prezident Donald Tramp ilə görüşdükdən sonra Tramp tvit paylaşaraq Barrın “tətili ailəsi ilə keçirmək üçün Miladdan əvvəl yola düşəcəyini” bildirib.

Tramp Barrın yazdığı və içərisində prezident administrasiyasına təriflər yer alan istefa məktubunu paylaşıb. Orada Barrın Ədliyyə Nazirliyinə rəhbərlik etdiyi son günün 23 dekabr olacağı bildirilib.

“Baş prokurorun müavini Ceff Rozen baş prokuror vəzifəsini icra edəcək" - deyə, Tramp əlavə edib.

Barr Trampın sadiq tərəfdaşı idi, lakin noyabr seçkilərinin nəticəsini dəyişdirəcək geniş yayılmış saxtakarlıq iddialarının nəticə vermədiyini bildirməklə prezidentin qəzəbinə tuş gəlmişdi. Tramp saxtakarlıq iddiaları ilə çıxış edərkən nəticə ilə dəfələrlə razılşamadığını açıqlamışdı.

Trampın digər tərəfdaşı, Respublikaçı senator Lindsi Qraham Barrın baş prokuror kimi fəaliyyətini yüksək qiymətləndirib.

“Düşünürəm ki, o, Ədliyyə Nazirliyinə dəyən ziyanı düzəltməyə, ədalətli və qanuna sadiq olmağa çalışaraq inanılmaz dərəcədə yaxşı bir iş gördü. Fəxr ediləcək çox şey olduğunu düşünürəm" deyən Qraham, "Hər baş prokurorun və rəhbərliyin etməli olduğu kimi prezident üçün bacardığı yerdə mübarizə apardı, amma keçməməli olduğu xətləri də keçmədi" sözlərini əlavə edib.

Demokratlar vəzifədə olduğu müddət ərzində Barrı sərt şəkildə tənqid edərək, onun prezidentin mənafeyi naminə hərəkət etdiyini bildirmişdi.

XS
SM
MD
LG