Accessibility links

Barselona hücumunda xəsarət almış 51 yaşlı alman qadın dünyasını dəyişib


Barselonada avqustun 17-də hücum zamanı xəsarət almış 51 yaşlı alman qadın dünyasını dəyişib. Rəsmilər bununla Barselona və Kambrilsdə hücumların qurbanlarının sayının 16-ya çatdığını bildirir. Hücum zamanı xəsarət almış daha 22 nəfərin hələ də xəstəxanada olduğu bildirilir. Onların altısının durumu ağırdır.

Barselonada hücumçunun avto-furqonu insanların üzərinə sürməsi nəticəsində 100-ə yaxın insan xəsarət almışdı. Bundan sonra isə Barselonanın 100 kilometrliyində yerləşən Kambrils şəhərində bir qrup ekstremist insanlara hücum etmişdi.

Barselona və bundan bir neçə saat sonra Kamrbils şəhərində hücumlara görə məsuliyyəti öz üzərinə İŞİD qrupu götürüb. Hücumların arxasında olan islamçı ekstremist qrupla bağlı təhqiqata əsasən, qrup daha çox insanın ölümülə nəticələnə biləcək daha böyük hücum planlaşdırıb, lakin onun üzvləri təsadüf nəticəsində Alkanarda yaşadıqları evdəki partlayıcılar və qaz balonlarını partladıb.

Hadisəni törətməkdə şübhəli bilinən səkkiz nəfər ölüb, iki şəxs terrorizm və qətl törətmək ittihamları ilə həbs edilib.

Şənbə günü Barselonada hadisə qurbanlarının xatirəsini anmaq üçün yüz minlərlə insanın iştirak etdiyi yürüş keçirib. İnsanlar küçələrdən “Mən qorxmuram” deyərək keçiblər. İlk dəfə olaraq İspaniya kralı Filip terrorizmə qarşı mübarizədə həmrəylik nümayiş etdirmək məqsədilə yürüşə qatılıb.

Barselona polisi yürüşdə 500 min insanın iştirak etdiyini bildirib.

XS
SM
MD
LG