Accessibility links

Barselona virusla mübarizə məqsədilə vəsait toplamaq üçün Kamp Nou adını sponsorlara satır


"Barselona" koronavirusla mübarizəyə pul toplamaq məqsədilə bir il müddətində çoxyaruslu stadionundakı mülkiyyət hüquqlarını satacaq.

İspaniya klubunun icraiyyə heyəti Kamp Nou stadionun adının hüquqlarını satmaqla əldə edəcəyi bütün vəsaiti qlobal pandemiya ilə mübarizə aparmağa ayıracaq.

Kamp Nou Avropada 99.000-dən çox tutuma malik ən böyük stadionlardan biridir. 1957-ci ildə açılandan bəri heç bir sponsoru olmayıb.

"Universal bir mesaj göndərmək istəyirik: ilk dəfə kimsə adını Kamp Nou stadionuna adına qoymaq imkanı qazanacaq və gəlirlər yalnız Barsaya deyil, bütün insanlığa gedəcək" - deyə, klubun vitse-prezidenti Jordi Kardoner Associated Press agentliyinə açıqlamasında bildirib.

“Təşəbbüs fövqəladə vəziyyətdə yaranıb. Düşünürük ki, tacımızı (mübarizəyə) xidmət göstərməyə çıxardığımıza görə çox tez cavab almalıyıq" – deyə, o qeyd edib.

Klub ilk dəfə stadionun titul hüquqlarının satılmasını 2023-24 mövsümünə qədər gözləməyi planlaşdırmışdı. O zaman klub 25 illik müqaviləyə görə stadion və digər obyektlərin təmir xərclərini ödəmək üçün 300 milyon avronu (326 milyon dollar) geri alacağına ümid edir.

Virusa yoluxduqdan sonra sağalmış Kardoner idarə heyətinin bu yeni xeyriyyə satışının 25 illik uzunmüddətli sövdələşmədən asılı olmayaraq düşündüyünü bildirib. Lakin, o, bunu uzunmüddətli müqaviləyə daxil etmək istəyən bir sponsor meydana çıxsa, klubun bunu nəzərə alacağını əlavə edib.

Kardoner Barselona-nın şirkətlərin və özəl fondların təkliflərini dinləmək istədiyini vurğulayıb və bunu bir araya gələrək yeni virusa qarşı mübarizədə kömək üçün daha çox vəsait ayrılmasında maraqlı olan sponsorlar qrupu üçün açmağı nəzərdən keçirəcəyini dilə gətirib.

Fond bu "birdəfəlik" satışdan nə qədər maliyyə əldə ediləcəyinə ümid edildiyinə dair rəqəm açıqlamayıb. Ancaq Lionel Messinin oyunu və hər həftə Barselonanın oyunlarını milyonlarla tamaşaçının izlədiyi nəzərə alınsa, Kamp Nou idman tədbirlərinin ən çox izlənən yerlərindən biridir.

"Kamp Nou bir S.O.S. göndərir. Biz hər şeyə açıqıq. İqtisadi iştirakdan maksimum istifadə etmək və tərəfdaşlarımızın eyni sosial dəyərlərimizi bölüşdüyünü təmin etmək istəyirik" - deyə, vitse-prezident qeyd edib.

Klubdan verilən məlumata görə, stadiona sponsorun da adı daxil olmaqla Kamp Nou adı veriləcək.

XS
SM
MD
LG