Accessibility links

Barselonada polislə katalan separatçılar arasında qarşıdurma


Barselona, İspanya. 10 noyabr, 2018.
Barselona, İspanya. 10 noyabr, 2018.

Barselonada polis İspaniyanın milli polis qüvvələrinin keçirdiyi nümayişə etiraz edən katalan separatçılarla toqquşub.

Kataloniyanın regional polisi şənbə günü şəhərin mərkəzində bir qrup separatçını qovmaq üçün dəyənəklərdən istifadə edib və onların daha yüksək maaş tələb edən İspaniyanın milli polis qüvvələri assosiasiyasının yürüşünə doğru addımlamasının qarşısını alıb.

Sentyabr ayında separatçıların milli polis assosiasiyasının bir digər yürüşü əleyhinə bənzər etiraz da regional təhlükəsizlik qüvvələri ilə toqquşma ilə nəticələnmişdi. Həmin toqquşma nəticəsində 14 nəfər xəsarət alıb, altı nəfər həbs olunub.

İspaniyada ötən il Kataloniyanın qanunvericiləri İspaniyadan ayrılmaqda müvəffəq olmayandan bəri siyasi böhran yaşanır.

Rəy sorğuları və ən son seçki nəticələri göstərir ki, zəngin şimal-şərqi regionun 7.5 milyon sakininin ayrılıqla bağlı düşüncələri yarı-yarıya bölünür.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG