Accessibility links

ABŞ Ədliyyə Nazirliyi rəsmisi xüsusi müstəntiq Robert Müllerə etimadını ifadə edib


Baş prokuror müavvini Rod Rosenstein
Baş prokuror müavvini Rod Rosenstein

Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi təhqiqatını aparan xüsusi müstəntiq Robert Müller onu bu işə təyin edən Ədliyyə Nazirliyi rəsmisi tərəfindən birmənalı etimad səsi alıb.

Bu ilin may ayında prezident Tramp o zamankı FBI direktoru Ceyms Komini işdən azad etdikdən sonra baş prokuror müavini Rod Rosenstein tərəfindən təhqiqata başçılıq etməyə təyin edilən Müller respublikaçıların tənqid hədəfindədir. Bəzi respublikaçılar hesab edirlər ki, onun anti-Tramp mövqeyi təhqiqatın obyektivliyini şübhə altına alır.

Rosenstein Konqresin Nümayəndələr Palatasının Ədliyyə Komitəsi üzvlərinə bildirib ki, onun nazirliyi xüsusi müstəntinq tərəfindən və Ədliyyə Departamentinin yurisdiksiyasında olan digər sahələrdə hər hansı təəssübkeşliyin və ayrıseçkiliyin olmamasına nəzarət edəcək.

Baş prokuror müavini əlavə edib ki, Müller yüksək hörmətə sahib federal prokuror və sabiq FBI direktorudur və bu istintaqa rəhbərlik etmək üçün “ideal seçim”dir.

XS
SM
MD
LG