Accessibility links

Bəşar Əl-Əsədin əmisi milyonlar mənimsəməkdə ittiham olunur [Video]


Bəşar Əl-Əsədin əmisi milyonlar mənimsəməkdə ittiham olunur
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Fransa və İspaniya rəsmilərinin bildirdiyinə görə, Suriya prezidenti Bəşar Əl-Əsədin əmisi Rifat Əl-Əsədə məxsus milyonlarla dollar məbləğində aktivlər ələ keçirilib. Prokurorlar yarım milyard dollar məbləğindəki əmlakın 1980-ci illərdən Suriya dövlətinə məxsus pullar hesabına əldə edildiyini guman edir. Hazirda Bəşar Əl-Əsədin əmisinin Londondakı əmlakının dondurulması üçün Britaniyaya təzyiqlər artır.

Opponentləri Rifat Əl-Əsədi 1982-ci ildə Suriya ordusunun “Müsəlman Qardaşları”nın üsyanını yatırmaq üçün Hamada törədilən qırğında iştirak etməkdə ittiham edir. Lakin o, bu ittihamı rədd edib.

Artıq 30 ildir Rifat Əl-Əsəd Suriyadan götürdüyü çirkli pullarla Avropada rahat həyat sürür

Qardaşı, sabiq prezident Hafiz Əl-Əsədə qarşı uğursuz çevriliş cəhdindən sonra Rifat Əl-Əsəd Avropaya sürgün edilmişdi.

Britaniya-Ərəb universitetindən Kris Doyl: “Artıq 30 ildir Suriya rejiminin sabiq vitse-prezidenti, 1982-ci ildə Hamada on minlərlə insanın vəhşicəsinə öldürülməsində yaxından iştirak edən Rifat Əl-Əsəd Suriyadan götürdüyü çirkli pullarla Avropada rahat həyat sürür.”

Mümkündür ki, bu belə davam etməsin. İspaniya polisi keçən həftə sabiq vitse-prezidentə və onun ailəsinə məxsus evlərdə reydlər keçirib. Məhkəmələr bu ailəyə məxsus 740 milyon dollar məbləğindəki 500 əmlakın müsadirə edilməsinə dair qərar çıxarıb. Müstəntiqlər indiyə qədər Rifat Əl-Əsədin dövlət fondundan 330 milyondan çox dollar xərclədiyinə inanır.

Rifat Əl-Əsəd
Rifat Əl-Əsəd

Rifat Əl-Əsədin ailəsi bəyanatla çıxış edərək, heç vaxt Suriya xalqına məxsus pullardan istifadə etmədiyini bildirib. 2013-cü ildə Fransada aparılan təhqiqat zamanı Rifat Əl-Əsədin oğlu Sivar Əl-Əsəd atasını Səudiyyə Ərəbistanının imkanlı adamlarının maliyyələşdirdiklərini demişdi. “Bu pullar dostlardan, Rifat Əl-Əsədin müxalifət hərəkatını dəstəkləyən dostlarından gəlib.”

Rifat Əl-Əsədin Londonun Meyfair məhəlləsindəki evinin qiyməti 12 milyon dollardır. Əleyhdarları Britaniyanın da İspaniyanın atdığı addımı atmasını, Rifat Əl-Əsədə məxsus əmlakı müsadirə etməsini istəyir. “Ölkəsi əziyyət çəkdiyi bir vaxt, Rifat Əl-Əsəd milyardlar xərcləyərək, kef edə bilməz” deyə, Kris Doyl bildirir.

Bəşar Əl-Əsədin atası Hafiz Əsəd
Bəşar Əl-Əsədin atası Hafiz Əsəd

Lakin opponentlər Londonun “çirkli pullar” mərkəzi kimi tanındığını və ola bilər ki, Rifat Əl-Əsəd üçün istisna olunmayacağını deyir. Maliyyə cinayətləri üzrə ekspert Nik Koçan: “Görəsən Britaniya rəsmiləri bütün cinayətkarların, bütün oliqarxların çirkli pullarının arxasınca getmək istəyir? Yoxsa biz yalnız birini, Əsədi seçirik?"

Britaniya qanunları əmlak müsadirə edilməzdən öncə cinayətə dair məhkəmə hökmü tələb edir. Nik Koçan: “Çirkli pulların yuyulması, iqtisadi cinayət, korrupsiya hallarında rəsmilər “mülkiyyət cinayət yolu ilə əldə edilən pullarla alınıb, buna görə də müsadirə olunur” deyə bilər.”

Britaniyanın yeni qanunvericiliyi məhkəmələrə insan haqlarının pozulması yolu ilə əldə edilən aktivlərin müsadirəsinə icazə verir. Lakin təhlilçilər deyirlər ki, Suriya hökumətinin yardımı olmadan Rifat Əl-Əsədin keçmişdəki zorakılıqlarda əli olduğunu sübut etmək çətin olacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG