Accessibility links

Bəşar Əl-Əsəd: Yeni hökümətdə həm müxalifət, həm də rejim təmsil olunmalıdır


Suriya höküməti son zamanlar bir sıra hərbi irəliləyişlər əldə edir. Prezident Bəşar Əl-Əsəd isə ölkədə beş ildir davam edən vətəndaş müharibəsinə son qoymaq məqsədi daşıyan sülh danışıqları ilə bağllı artıq nikbin tonla çıxış edir.

Məntiqli olardı ki, yeni hökümətdə müstəqil, müxalif və dövlətə sadiq qüvvələr təmsil olunsun. Cenevrədəki danışıqların məqsədi Suriyadaxili dialoq yaratmaqdır ki, bu dialoqda biz yeni hökümətin formatı üzərində razılıq eldə edək.

Çərşənbə günü Rusiya dövlət RİA Novosti xəbər agentliyi ilə danışan Suriya prezidenti deyib ki, Cenevredə keçirilən beynəlxalq danışıqlar həm rejimə sadiq rəsmilər, həm də müxalifət nümayəndələrinin təmsil olunduğu bir hökümətin yaranması ilə nəticələnməlidir.

“Məntiqli olardı ki, yeni hökümətdə müstəqil, müxalif və dövlətə sadiq qüvvələr təmsil olunsun. Cenevrədəki danışıqların məqsədi Suriyadaxili dialoq yaratmaqdır ki, bu dialoqda biz yeni hökümətin formatı üzərində razılıq eldə edək,” deyə o bildirib.

Müsahibə zamanı Əsədin hansı müxalif qruplara istinad etdiyi bildirilmir və o, heç öz gələcəyi il bağlı da məlumat verməyib ki, bu məsələ dərin fikir ayrılqılarına səbəb olub.

Palmira
Palmira

Əsəd bir sıra texniki məsələ üzərində razılığın əldə olunmasının əhəmiyyətini vurğulayıb ki, buna hər bir fraksiyanın yeni hakimiyyətdəki rolu daxildir. Ancaq o, bu məsələlərin çətin olmadığını və hər birinin həll oluna biləcəyi üzərində israr edib.

BMT Suriyada 300 mindən çox insanın ölümünə, milyonlarla insanın didərgin düşməsinə səbəb olan vətəndaş müharibəsinə son qoymaq məqsədilə Cenvrədə Suriya sülh danışıqlarını davam etdirir.

Hazırda danışıqlara ara verilib. Ancaq diplomatlar avqust ayına kimi keçid hökümət və yeni konstitusiya layihəsi üzərində razılığın əldə olunacağına ümid edir. Çərşənbə günü Əsəd ilkin konstitusiya layihəsinin “bir neçə həftə ərzində” hazırlana biləcəyini deyib.

Suriyada vəziyyət sabitləşdiyində, iqtisadi məsələlər dərhal həll oluna bilər, amma infrastrukturun bərpası uzun zaman ala bilər.

Son bir neçə həftə ərzində isə hərbi əməliyyatların dayandırılmasına dair razılıq əldə olunduğu üçün zorakılqlar xeyli azalıb. Əsəd hökümətini dəstəkləyən Rusiya da qüvvələrinin əksəriyyətini Suriyadan çıxarıb.

Suriya hökümət qüvvələri isə hərbi əməliyyatların dayandırılmasına dair razılığa daxil olmayan qruplara qarşı döyüşlərdə ciddi irəliləyişlər əldə edib.

Dəməşqin ən böyük uğuru ötən həftə strateji əhəmiyyəti olan qədim Palmira şəhərini Rusiyanın havadan yardımı ilə İslam Dövlətindən geri alması olub. Suriya rəsmiləri Palmiradan digər İslam Dövləti hədəflərinə qarşı hücumlar həyata keçirmək üçün baza kimi istifadə edəcəklərini bildirib.

Palmira
Palmira

Əsəd həmçinin deyib ki, ölkə sabitləşəndə Suriya təkcə “terrora qarşı mübarizədə deyil,” həm də geosiyasi sabitliyi qorumaq üçün Rusiyanın hərbi yardımına arxalanmağa davam edəcək.

“Rusiyanın hərbi bazaları bizim üçün, sizin üçün, dünyadakı beynəlxalq balans üçün mühümdür. Bizim bunun üzərində razılaşıb-razılaşmadığımızdan asılı olmayaraq, həqiqət budur,” deyə Suriya lideri bildirib.

Əsədin dediyinə görə, müharibə ölkəyə 200 milyon dollara başa gəlib. “Suriyada vəziyyət sabitləşdiyində, iqtisadi məsələlər dərhal həll oluna bilər, amma infrastrukturun bərpası uzun zaman ala bilər,” deyə o qeyd edib.

XS
SM
MD
LG