Accessibility links

Alimlər xroniki başgicəllənmənin qarşısının alınması yollarını tapıb



Alimlər səhnədə fırlanan zaman başgicəllənmə keçirməyən balet rəqqaslarının beyin quruluşunda fərqlərin olduğunu aşkar edib. Bu tapıntı xroniki başgicəllənmədən əziyyət çəkənlər üçün rəqs terapiyasının tətbiq edilməsinə gətirib çıxara bilər.

London İmperial Kollecinin alimlər uzun müddət fırlandıqdan sonra başgicəllənməsi hiss etməyən rəqqasların beynini tədqiq edib. Nevroloq Barri Simanqalın komandası eyni yaşlda olan 29 balerina ilə 20 avarçəkmə idman növü ilə məşğul olan qadınlarla müqaisə edib. Qaranlıq otaqda dövrə vurduqdan sonra iki fərqli qrupdan olan qadınların beyni bu hərəkətə fərqli reaksiya verib.

Adətən başgicəllənməsi qulağın içərisində vestibülyar orqanlardan başlayır. Maye dolu boşluqlar oradakı nazik tüklərin mayenin tərpənməsini müəyyən etməklə başın fırlanmasını hiss edir. Dərhal fırlandıqdan sonra dayanan zaman maye hərəkət etməkdə hələ də davam edir. Bu isə insanda hələ də fırlandığı haqda təəsurat yaradır.

Maqnit Radio Dalğa skaneri beyinin iki fərqli hiss etmə və reaksiya vermə funksiyalarına nəzarət edən iki hissəsində fərqlilik müşahidə edib.

Barri Simunqal bu müşahidənin beynin elastik bir orqan olduğuun və orada baş verənlərin insanın fəaəliyyətindən çox asılı olduğunu göstərdiyini deyir. İllər uzunu beyni təlim etməklə insanın başgicəllənməyə müqavimətini artırmaq mümkündür.

Tədqiqatda iştirak edən balerina Kleyr Heven isə rəqqasların fırlanmağı tədricən öyrəndiklərini deyib.
XS
SM
MD
LG