Accessibility links

Kremlin dəstəklədiyi Başqırdıstan liderinə dəstək məqsədi ilə yürüşlər planlaşdırılır


Yerli hökumətlər Başqırdıstan Respublikasının Kreml tərəfindən dəstəklənən lideri Radiy Xabirova dəstək üçün yürüşlər təşkil etmək niyyətindədir. Hökumətin açıq-aşkar tənqidçisinə 4 il həbs cəzası verilməsindən sonra baş qaldıran kütləvi etirazlar polislə şiddətli toqquşmalara səbəb olub.

Yanvarın 23-də bir sıra Telegram kanallarının hökumətə yaxın mənbələrə istinadən bildirdiklərinə görə, xəstəxana və məktəb işçiləri də daxil olmaqla, dövlət qurumlarının və müəssisələrinin işçiləri Xabirova dəstək, keçən həftə hökumətin mədənlərlə bağlı qərarını tənqid edən çıxışına görə məhkum edilən Fail Alsınovu pisləmək üçün yanvarın 26-na planlaşdırılan mitinqlərdə iştirak etməyə məcbur ediləcək.

Alsınovun məhkəməsi ətrafında vəziyyət ilk dəfə yanvarın 15-də hökmün elan olunacağı gözlənilən Baymak şəhərində 5 minə yaxın insanın məhkəmə binası qarşısında toplaşması ilə gərginləşib. Lakin məhkəmə təhlükəsizlik qüvvələrinin mübahisəli işin nəticələrinə hər hansı reaksiyaya hazırlaşmaq üçün qərarı iki gün təxirə salıb.

Yanvarın 17-də onun minlərlə tərəfdarı yenidən toplaşıb. Alsınova hökm oxunduqdan sonra polis dəyənəklərdən, gözyaşardıcı qazdan və səsli qumbaralardan istifadə edərək, etirazçıları dağılmağa məcbur etdikdən sonra qarşıdurma baş verib. Başqırdıstan rəsmiləri daha sonra bildiriblər ki, zorakılıqlar zamanı 22-si hüquq-mühafizə orqanı əməkdaşı olmaqla, 40 nəfər yaralanıb. Onlarla etirazçı həbs edilib.

İstintaq Komitəsinin bildirdiyinə görə, 17 yanvar iğtişaşlarında həbs olunanlar cinayət məsuliyyətinə kütləvi iğtişaşların təşkili və iştirakına görə cəlb olunacaqlar.

Xabirovun təşəbbüsü ilə Alsınova qarşı irəli sürülən ittiham onun 2023-cü ilin aprelində İşmurzino kəndində keçirilən mitinqdə etdiyi çıxışında yerli hökumətin kəndin yaxınlığında qızıl hasilatına başlamaq planlarını tənqid edərək, bunun fəhlə miqrantları cəlb edəcəyini deməsi ilə bağlıdır.

Müstəntiqlər bildiriblər ki, Alsınov çıxışında "Qafqaz və Mərkəzi Asiyada insanlara mənfi qiymət verməklə, onların insan ləyaqətini alçaldıb". Alsınov və tərəfdarları ittihamın siyasi motivli olduğunu deyərək, rədd edib.

Yanvarın 22-də polis mədən planlarına qarşı 2023-cü ilin aprel aksiyasını təşkil edən Rəşidə Fayzullinanın İşmurzinodakı evində axtarış aparıb. İşmurzinoda daha bir fəalın evində bir gün əvvəl axtarış aparılıb.

Ən azı 6 fəal kütləvi iğtişaşlarda iştirakda və/və ya hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumda ittiham olunaraq, istintaq təcridxanasına göndərilib. Daha 50 nəfər əsasən icazəsiz ictimai tədbirlərdə iştiraka görə inzibati məsuliyyətə cəlb edilib və 15 günə qədər həbs cəzası alıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG