Accessibility links

Bask separatist qrupu ilə əlaqəsi olduğundan şübhələnilən 10 adam nəzarət altına alınıb


Bask separatist qrupu ilə əlaqəsi olduğundan şübhələnilən 10 adam nəzarət altına alınıb
Bask separatist qrupu ilə əlaqəsi olduğundan şübhələnilən 10 adam nəzarət altına alınıb

İspaniyada Bask separatist qrupu ilə əlaqəsi olduğundan şübhələnilən 10 adam nəzarət altına alınıb. Şübhəlilərin Bask regionunda ələ keçirildiyi bildirilir. Onların ETA qrupunun iki tərəfdarı Ekin və Askatasuna qruplarının üzvü olduğundan şübhələnilir. Həbs edilənlər arasında ETA-nın fəaliyyəti qadağan edilən siyasi cinahı Batasuna qrupunun sabiq sözçüsünün oğlu da var. ETA liderləri keçən həftə daimi atəşkəs elan etmişdi. Atəşkəs İspaniya hökuməti tərəfindən rədd edilib. Qrup atəşkəs elan etsə də, silahsızlaşma və ya qrupun buraxıldığına dair heç nə deməyib. Ispaniyanın baş naziri Xose Luis Zapatero ETA-nın yeganə yolunun buraxılması olduğunu deyib.

XS
SM
MD
LG