Accessibility links

İspaniyanın Bask vilayəti müstəqillik tələb edir


İspaniyanın şimalında yerləşən Bask vilayətində bazar günü 175000 nəfər 200 kilometrlik insan zənciri halında düzülərək, müstəqillik referendumunu tələb ediblər.

Nümayişçilər sahilyani San Sebastyan kurortundan Bask vilayətinin paytaxtı Vitoriya şəhərinə qədər əl-ələ dayanıblar.

İştirakçıların bəziləri ağ şarf taxıb, digərləri mahnı oxuyub, rəqs ediblər.

Bask parlamentinin prezidenti deyib ki, yürüşçülər seçimlərini demokratik yolla etmək istəyən fəal və həyatsevər insanlardır.

Müstəqillik tərəfdarları 800 insanın ölümünə səbəb olan və 50 il müqavimət göstərən separatçı ETA qrupunun fəaliyyətinə son qoyması qərarından sonra müstəqillik referendumunun keçirilməsi şansının yüksək olduğuna ümid edir.

Bask vilayətinin İspaniyanın şimalında və Fransanın cənub hissələrində geniş muxtariyyəti var. Lakin bəziləri deyir ki, onlar tam müstəqillikdən başqa heç nə ilə qane olmayacaqlar.

XS
SM
MD
LG