Accessibility links

Çində həbs edilən ABŞ basketbolçuları vətənlərinə qayıdıb


Çində bahalı mağazadan oğurluq etməkdə şübhəli bilinərək həbs edilən üç ABŞ universitet basketbolçusu ABŞ-a qayıdıb.

Oyunçular LiAngelo Ball, Kodi Raliy və Yalen Hill Louis Vuitton günəş eynəyi oğurlamaq ittihamı ilə həbs olunmuşdu. Onlar pul müqabilində keçən həftə azadlığa buraxılsa da, məhkəmə prosesi başa çatana qədər onların Hanqzou şəhərini tərk etməsinə icazə verilməyib.

Hadisə səbəbindən dünyanın diqqətini öz üzərilərinə çəkən Los-Anceles Kaliforniya Universitetinin oyunçuları çərşənbə axşamı Los-Ancelesə çatdıqları zaman jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər.

Məktəbin də daxil olduğu liqanın komissarı çərşənbə axşamı bildirib ki, problem Çin səlahiyyətlərinin məmnun edəcək şəkildə həll edilib.

Hadisə hər üç oyunçunun Şanxayda yerləşən digər ABŞ universiteti Georgia Texniki Universitetinə qarşı mövsümün açılışı oyununu buraxmaqlarına səbəb olub.

Çərşənbə günü Mərkəzi Arkanzas komandasına qarşı oyundan öncə oyunçuların vəziyyəti ilə bağlı heç bir məlumat əldə edilməyib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG