Accessibility links

Basta.info-nun baş redaktoru döyülüb


"MSK-nın qarşısında böyük polis maşınının içində 3 nəfər vəhşicəsinə üzümə yumruq-təpik vurdu. Ağzım-burnum qan içində təxminən yarım saat burada saxladılar" - deyə, Basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli fevralın 12-də Facebook səhifəsində yazıb.

"Sonra MSK-nın binasına apardılar ki üzünün qanını yu. Ordan polis bölməsinə, bölmədən polis idarəsinə, oradan narkodispanserə apardılar.

Sonra yenə idarəyə qaytardılar. Xeyli psixoloji təzyiqdən sonra sərbəst buraxdılar. Sabah polisə çağıracaqlarını bildirdilər...

Üzüm başım şişib, eynəyimi də sındırıblar, amma narahat olmayın, salamatam. Yola davam" - deyə, redaktor qeyd edib.

Bakı vaxtı ilə saat 20 radələrində Mərkəzi Seçki Komissiyasının binası qarşısında oturaq aksiya keçirən deputatlığa namizədlərin və fəalların aksıyası polis tərəfindən dağıdılıb.

Amerikanın Səsinin müxbirinin hadisə yerindən verdiyi xəbərə görə, polis güc tətbiq edərək, aksiyada işrirak edənlərin hamısnı saxlayıb. Saxlanılanlar arasında jurnalistlər də olub. Onlar hamısı saxlanılarkən zorakılığa məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıblar. Onların kameraları əllərindən alınaraq, çəkiliş aparmalarına icazə verilməyib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısında keçirilən icazəsiz aksiyanın qarşısı alınıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi Ehsan Zahidov jurnalistlərə bildirib ki, fevralın 11-də saat 18:00-dan başlayaraq bir qrup şəxs MSK-nın binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

XS
SM
MD
LG