Accessibility links

Bastainfo.com saytının baş redaktorunun məhkəməsi başlayır


Yanvarın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyliyə qarşı cinayət iş üzrə hakim Səbuhi Hüseynovun sədrliyi ilə hazırlıq iclası keçiriləcək. Bu barədə Mustafa Hacıbəylinin özü Amerikanın Səsinə bildirib.

2018-ci il noyabrın 30-da Bakı Şəhər Prokurorluğu Mustafa Hacıbəylini cinayət məsuliyyətinə cəlb edib. Baş redaktor Gəncə hadisələri və Mingəçevir elektrik stansiyasında baş verən qəza ilə bağlı bastainfo.com saytında dərc olunan iki məqaləyə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Sayt rəhbərliyi bu məqalələrdə hər hansı bir çağırış olmadığını, irəli sürülən ittihamların əsassız olduğunu bildirir.

XS
SM
MD
LG