Accessibility links

Baxmutda döyüşlər davam edir, şəhər Ukraynanın nəzarətindədir


Baxmut, Ukrayna. 4 mart, 2023.
Baxmut, Ukrayna. 4 mart, 2023.

Baxmutda Ukrayna əsgərləri mülki şəxslərə mühasirəyə alınmış şəhəri tərk etməyə kömək etdiyi bir vaxt artan təzyiqlə üzləşirlər. Ukrayna ordusunun oradakı nümayəndəsinin bildirdiyinə görə, şənbə günü müvəqqəti körpünün üzərində şəhəri tərk etməyə çalışan bir qadın həlak olub, iki kişi ağır yaralanıb.

Bəzi işarələrə əsasən, mümkündür ki, Kyiv nəzarətli bir şəkildə geri çəkilmək strategiyası hazırlayır. Britaniyanın həbi kəşfiyyat rəsmiləri və Vaşinqtonda qərargahlnan tədqiqat qrupu Ukraynanın Rusiyanın şərqdə həyata keçirdiyi hücumun əsas hədəfi olan şəhər yaxınlığındakı strateji körpüləri dağıtdığını bildirib.

Ukrayna Milli Qvardiyasının komandir müavini Volodimir Nazarenko şənbə günü Ukraynanın Kyiv24 kanalına bildirib ki, Baxmutda cəbhə xətti son günlərdə Ukrayna qoşunları tərəfindən sabitləşdirilib və şəhər Rusiya qüvvələrinin intensiv və davamlı hücumlarına baxmayaraq Ukraynanın nəzarətində qalır.

“Baxmutda hər saat cəhənnəm kimidir. Düşmən bir həftə əvvəl Baxmutun şimalında, şimal-qərbində irəliləyiş etmişdi. Ukraynalı əsgərlər müqavimət göstərir. Son bir neçə güncə cəbhə xətti bizim ağır zəhmət və səylərimiz nəticəsində sabitləşib,” Nazarenko deyib.

Ukrayna Silahlı Qüvvələrinin şərq qruplaşmasının sözçüsü Serhiy Çerevatı Bəzi Ukrayna qoşunlarının geri çəkilməsi ilə bağlı məlumatlara cavab olaraq şənbə günü CNN-ə deyib ki, Ukrayna əsgərləri Baxmutda mövqelərini nəzarətli və planlaşdırılmış bir şəkildə rotasiya edirlər.

Çerevatı bildirib ki, Baxmut ətrafında, şəhərin şimalında Vasiukivka və Dubovo-Vasilivka kəndlərində və qərbindəki İvanivske və Bohdanivka kəndlərində zorakılıqlar baş verib.

Ukrayna bölmələri son 36 saatda Baxmut yaxınlığında iki əsas körpünü, o cümlədən onu yaxınlıqdakı Çasiv Yar ilə birləşdirən körpünü dağıdıb.

Rusiyanın Vaqner qrupunun təsisçisi Yevgeni Priqojin şənbə günü Kyivin nəzarətində olan ərazilərə göndərilən içində Ukrayna əsgərlərinin cəsədlərinin olduğu iddia etdiyi tabutların videosunu paylaşıb.

Həmin videoda hərbi forma geyinmiş Priqojin “Biz Ukrayna ordusunun döyüşçülərinin daha bir partiyasını vətənə göndəririk. Onlar mərdcəsinə vuruşdular və həlak oldular. Ona görə də ən son yük maşını onları öz vətənlərinə aparacaq” deyib.

Görüntülərdə forma geyinən kişilərin taxta tabutları mismarladıqları və yük maşınına yüklədilləri göstərilir.

Ukrayna bildirir ki, şəhərin strateji əhəmiyyəti çox azdır, amma orada böyük itkilər müharibənin gedişatını müəyyən edə bilər. Baxmutu ələ keçirmək rus döyüşçüləri aylardır yaşadıqları uğursuzluqladan sonra təkcə döyüş meydanında qələbə ilə təmin etməycək, həm də Ukraynanın təchizat xəttlərini poza və Kreml qüvvələrinə Donetsk bölgəsində Ukraynanın başqa istehkamlarına doğru irəliləməsinə imkan verə bilər.

XS
SM
MD
LG