Accessibility links

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü olub


Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları
Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları

Görüşün nəticəsi olaraq bəyannamə imzalanıb, 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul edilib

Türkiyə ici işlər naziri Əhmət Davutoğlu hesab edir ki, martın 28-də Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri ilə birlikdə imzalanmış bəyannamə ölkələr arasında münasibətlərin möhkəmlənməsinə səbəb olacaq.

Ə.Davutoğlu çərşənbə günü Gürcüstana ikigünlük rəsmi səfərə gəlib. Səfər çərçivəsində ölkənin baş naziri Bidzina İvanişvili, parlamenin sədri David Usupaşvili və reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili ilə görüşlər keçirib.

“Bizi dost münasibətlər birləşdirir. Türkiyədə çoxlu gürcü yaşayır, sizin ölkəniz bizim iqtisadi tərəfdaşımızdır. Ümid edirəm ki, bu davam edəcək. Sabah mühüm sənədi imzalayacağıq və bu bəyannamə Gürcüstan, Türkiyə və Azərbaycan arasında əlaqələri daha da möhkəmləndirəcək”, -Ə.Davutoğlu mayın 27-də Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ilə görüşündən sonra bildirib.

Öz növbəsində M.Pancikidze deyib ki, tərəflər əməkdaşlıq məsələlərini, birgə regional layihələri müzakirə ediblər və yüksək səviyyədə səfərlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Batumidə nazirlərin bu gün keçirdiyi üçtərəfli görüş artıq başa çatıb.

APA agentliyinin məlumatına görə, görüşdə regional məsələlər, ölkələrarası iqtisadi münasibətlərin inkişaf etdirilməsi, müştərək beynəlxalq layihələr və enerji təhlükəsizliyi məsələləri, ətraf mühitinin qorunması, eyni zamanda nəqliyyat və digər prioritet məsələlər müzakirə olunub. Görüşdən sonra tərəflər arasında yekun protokolu imzalanıb, 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul edilib.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün bu ilin ikinci yarısında Qəbələdə keçirilməsi nəzərdə tutulur.

Üçtərəfli formatda ilk görüş ötən 2012-ci il avqustun 8-də Türkiyədə keçirilib və Trabzon bəyannaməsinin qəbulu ilə başa çatıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG