Accessibility links

Batumidə çökən binanın altından səkkiz nəfərin cəsədi çıxarılıb


Gürcüstanın Qara dəniz sahilində yerləşən Batumi şəhərində çökən yaşayış binasının altından üçü uşaq olmaqla səkkiz nəfərin cəsədi çıxarılıb.

Fövqəladə hallar xidmətinin işçiləri yeddi mərtəbəli bina 8 oktyabrda çökdüyü zaman içində neçə nəfərin olduğunu bilmirlər və bu səbəblə də dağıntılar arasında başqa cəsədləri axtarmağa davam edirlər.

Binada ümumilikdə 12 mənzil olub.

Polis bildirir ki, binanın çökməsinə birinci mərtəbədə aparılan təmir işləri səbəb ola bilər.

Təhqiqatçılar mənzilin sahibi və iki təmir işçisini saxlayıblar və onları kobud pozuntularda ittiham ediblər.

Gürcüstan hökuməti 11 oktyabrı milli matəm günü elan edib.

Gürcüstanda bütün hökümət binalarında bayraqlar yarıya endirilib, əyləncə proqramları təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG