Accessibility links

ABŞ Prezidenti Co Bayden Nazirlər Kabinetinin ilk iclasını keçirəcək


ABŞ Prezidenti Co Bayden Nazirlər Kabinetinin ilk iclasını cümə axşamı keçirəcək.

Yüksək səviyyəli rəsmilərin toplantısı administrasiyanın Konqresin təsdiqinə ümid etdiyi 2 trilyon dollarlıq infrastruktur təklifini təqdim etdiyi vaxta təsadüf edir.

Son kabinet üzvünün ABŞ Senatı tərəfindən təsdiqlənməsindən də bir həftə keçir.

Ağ Ev cümə axşamı keçiriləcək iclasa 25 nəfərin qatılacağını bildirib. İclasda iştirak edənlər arasında vitse-prezident və Müdafiə Nazirliyi, Dövlət Departamenti və Maliyyə Nazirliyi kimi icraedici idarələrin rəhbərləri və Milli Kəşfiyyat İdarəsinin direktoru kimi yüksək səviyyəli məmurlar da var.

Adətən Ağ Evin Nazirlər Kabinetinin iclas salonunda keçirilərdi. Lakin koronavirus pandemiyası səbəbindən bugünkü iclas sosial məsafələr üçün daha çox yer olan Şərq Otağında keçiriləcək. Bütün iştirakçılar üz maskalarında olacaq.

İnfrastruktur planına əlavə olaraq, administrasiya rəsmiləri artıq təsdiq olunmuş 1.9 milyard dollarlıq koronavirus yardım paketinin təbliği üzərində də işləyir. Yardım paketi ötən ay Prezident Bayden tərəfindən imzalanıb. Burada amerikalıların əksəriyyətinə, bizneslər və yerli hökumətlərə ödənişlər nəzərdə tutulur.

Co Bayden yollar, körpülər, içməli su, elektrik enerjisi və tranzit sistemlərini əhatə edən 2 trilyon dollarlıq infrastruktur planını təşviq etmək məqsədilə çərşənbə günü Pensilvaniya ştatının Pitsburq şəhərinə səfər edib.

Administrasiyanın yüksək səviyyəli rəsmisi çərşənbə axşamı jurnalistlərə layihələrin təxminən 8 il ərzində həyata keçirilməsinin planlaşdırıldığını deyib.

Bayden bütün bu layihələrin korporasiyaların vergilərini 21% -dən 28% -ə qaldırmaq da daxil olmaqla, şirkət vergilərində dəyişikliklər etməklə ödənilməsini təklif edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG