Accessibility links

Bayden Üçtərəfli Sammitdə Kanada və Meksika liderləri ilə görüşüb


Ağ Ev bütün Şimali Amerikaya və ondan kənara təsir edən problemlərin həllini müzakirə etmək üçün Kanada və Meksika liderləri ilə cümə axşamı keçirilən zirvə görüşünü fürsət bilib.

“Liderlər birgə məqsədlərimizi dəstəkləmək üçün konkret tədbirlər görməyə söz veriblər, bunlara aşağıdakılar daxildir: COVID-19 pandemiyasına son qoymaq və qlobal sağlamlığı inkişaf etdirmək; rəqabət qabiliyyətinin gücləndirilməsi və bərabərhüquqlu inkişaf üçün şəraitin yaradılması və miqrasiyaya regional reaksiyanın əlaqələndirilməsi" – deyə, Ağ Ev bildirib.

Prezident Co Bayden Kanadanın Baş naziri Castin Trüdo və Meksika Prezidenti Andrés Manuel Lopez Obrador ilə ayrı-ayrılıqda görüşüb, daha sonra isə hər üç lider beş ildəki ilk üçtərəfli sammiti üçün bir araya gəlib.

Trüdo və Lopez Obrador vitse-prezident Kamala Harrislə də ayrı-ayrılıqda görüşüblər. Ağ Ev Harris və Lopez Obradorun təhlükəsizlik, iqtisadiyyat, pandemiya və kosmik tədqiqatlar üzrə əməkdaşlıq da daxil olmaqla bir çox məsələləri müzakirə etdiyini bildirib. Onlar həmçinin “Mərkəzi Amerikadan miqrasiyanın əsas səbəblərini və Qərb yarımkürəsində miqrasiyaya regional yanaşmanın zəruriliyini aradan qaldırmaq üçün” əməkdaşlıq barədə razılığa gəliblər.

Harris və Trüdonun müzakirələri bütün dünyanı əhatə edib - onlar Haiti və Efiopiyadakı iğtişaşlar, əfqan qaçqınların yerləşdirilməsini müzakirə edib.

Trüdo qısaca olaraq şərhlərdə danışıqlarda pandemiyanın bərpasına üstünlük veriləcəyini deyib. Sammitdən əvvəl Trüdo Ottavanın proteksionist olaraq dəyərləndirdiyi Baydenin “Amerika malı al” proqramına qarşı çıxacağını deyib. O, Kanada işçilərinin Şimali Amerikanın heç bir iqtisadi təşəbbüsündən kənarda qalmamalı olduğunu vurğulayıb.

“Biz əmin edirik ki, bizim inteqrasiya olunmuş Şimali Amerika iqtisadiyyatımız yaxşı iş yerləri yaradır və üç ölkəmizdə orta sinfi dəstəkləyir. Bu, işçilərin hüquqlarını qoruyan dünya səviyyəli ticarət müqaviləsi ilə dəstəklənəcək" – deyə, o qeyd edib.

Lopez Obrador iqtisadi tərəqqini ABŞ-ın əsas rəqibi kimi gördüyü Çinə qarşı mübarizədə başqa bir yol kimi qiymətləndirib.

"Suverenliyimizə tam hörmətlə yanaşaraq, iqtisadi inteqrasiya, dünyanın digər bölgələrindəki inkişafdan, xüsusən də Çinin məhsuldar və kommersiya ekspansiyasından qaynaqlanan rəqabətlə üzləşmək üçün ən yaxşı vasitədir" – deyə, Meksika lideri bildirib.

İşçi sinfinə aid amerikalıların həyatını kökündən yaxşılaşdıracağına inandığı 1,75 trilyon dollarlıq sosial xərclər qanun layihəsini irəli sürən Bayden, ədalətin iqtisadi inkişafın mərkəzində olmalı olduğuna inandığını vurğulayıb.

Oval kabinetdə Trüdo ilə oturan Bayden deyib: "Biz iki ölkə olaraq birlikdə inklüziv iqtisadi dirçəliş aparırıq və iqlim böhranı ilə mübarizə aparırıq, demokratik dəyərləri müdafiə edirik. İmkan, bərabərlik və ədalət hamısı üst-üstə düşür və bunlar kanadalıların və ABŞ-ın əsas dəyərləridir. Beləliklə, bu, Amerika prezidenti kimi sahib ola biləcəyimiz ən asan, ən yaxşı münasibətlərdən biridir.

XS
SM
MD
LG