Accessibility links

Bayden administrasiyası Şimali Koreyaya qarşı sanksiyaları nəzərdən keçirmək çağırışları ilə üzləşib


Kim Çen n rejiminin ABŞ-la danışıqları rədd etməsinə və pandemiyaya görə sərhədlərini ciddi şəkildə bağlamasına baxmayaraq, Bayden administrasiyası Şimali Koreyadakı humanitar səylərə təsir edən sanksiyaları nəzərdən keçirmək çağırışları ilə üzləşir.

Hər ikisi Demokrat olan, senator Edvard Marki və Nümayəndələr Palatasının üzvü Endi Levin prezident Co Baydenə məktub göndərərək, onun administrasiyanı Xəzinədarlıq Departamentinin Şimali Koreyaya humanitar yardımı məhdudlaşdıran qaydalarını yumşaltmağa çağırıb.

"Şimali Koreyadakı ağır vəziyyət sərhəd yenidən açıldıqdan sonra ABŞ-ın özəl humanitar yardım daşımalarına və yardım işçilərinin oraya getmələrinəmane olan siyasətinin ləğvini tələb edir" - deyə, qanunvericilərin noyabrın 5-də yazdığı məktubda bildirilib.

Marki və Levin həmçinin Dövlət Departamentini ABŞ-n humanitar işçiləri üçün Xüsusi Etibarlılıq Pasportlarının verilməsini sürətləndirməyə çağırıb.

Məktub Şimali Koreyanın ABŞ-ın 2019-cu ilin oktyabr ayından bəri dalana dirənmiş danışıqları bərpa etmək çağırışlarını rədd etməsi və rejimin sərhədlərini bağlı saxladığı bit vaxt çox sayda raket sınağı keçirdiyi vaxta təsadüf edir.

Şimali Koreya koronavirusdan qorunmaq üçün sərhədlərini 2020-ci ilin yanvarında bağlayıb. Bu təcrid təbii fəlakətlər və zəif idarə olunan mərkəzləşdirilmiş iqtisadiyyatla birlikdə geniş ərzaq çatışmazlığına səbəb olub.

Cənubi Koreya Kəşfiyyat Agentliyinin məlumatına görə, keçən ay Şimali Koreya lideri Kim insanlara hər düyü dənəsini belə qənaət etməyi əmr edib.

Təhlükəsizlik Şurasının daimi üzvləri olan Çin və Rusiya bu yaxınlarda dəniz və tekstil məhsullarının ixracını qadağan edən sanksiyaların dayandırılmasına çağırıb. Təhlükəsizlik Şurasına göndərilən qətnamə layihəsində Pekin və Moskva bildiriblər ki, sanksiyalar “mülki əhalinin güzəranını yaxşılaşdırmaq məqsədi ilə” yumşaldılmalıdır.

BMT Şimali Koreyaya qarşı ilk dəfə sanksiyaları 2006-cı ildə nüvə və ballistik raket proqramlarına görə tətbiq edib və bu sanksiyalar Pxenyanın beynəlxalq ictimaiyyətə məhəl qoymayaraq və ölkədə iqtisadi vəziyyətin pisləşməsinə baxmayaraq, həyata keçirdiyi hər sınaqla daha da güclənib.

XS
SM
MD
LG