Accessibility links

Bayden: Ədliyyə Nazirliyi hakimin DACA-nın qanunsuz olduğu ilə bağlı qərarından apellyasiya şikayəti verəcək


Birləşmiş Ştatların Ədliyyə Nazirliyi hakimin ABŞ-da yaşayan gənc immiqrantları deportasiya olmaqdan qoruyan federal proqramı illeqal elan edən qərarından apellyasiya şikayəti verəcək. Bu barədə şənbə günü Prezident Co Bayden məlumat verib.

ABŞ-ın cənub-mərkəz Texas ştatının rayon hakimi Endrü Hanen sabiq prezident Barak Obamanın proqramını cümə günü qanunsuz elan edərək Obamanın 2012-ci ildə imzaladığı sərəncamla DACA (Mühacir uşaqlar üçün fəaliyyətin təxirə salınması) proqramını yaratmasının qanunsuz olduğuna dair qərar çıxarıb.

Ağ Evin şənbə günü yaydığı bəyanatda Bayden deyib ki, Hanenin qərarında “dərin məyusluq” hissi keçirir və Konqresə “daimi həll yolu tampaq” çağırışını yeniləyib.

Şənbə günü Google, Twitter, Microsoft və Adobe Baydenin bəyanatını dəstəkləyən bəyanatlar yayıblar və Konqesi “dreamer”ləri, yəni proqram altında qorunan insanları qorumağa çağırıb.

“Biz uzun zamandır bu proqramı dətəkləmişik, bu işdə məhkəməyə proqramın lehinə iddialar irəli sürmüşük və qərar görə çox məyusuq,” Google-un sözçüsü Xose Kastaneda bildirib.

“Dreamer-lər və immiqrantlar Birləşmiş Ştatları və Twitteri yaxşılaşdırır,” sosial media platformasının sözçsüsü bəyanatda bildirib.

Hanenin qərarı DACA proqramına son qoymaq üçün məhkəməyə müraciət edən Texasın başçılığı ilə bir qrup ABŞ ştatı ilə razılaşıb.

Hanenin qərarı DACA-nın artıq şamil olunduğu immiqranlara təsir göstərməsə də, Bayden deyib ki, qərar “yüz minlərlə gənc immiqrantı qeyri-müəyyən gələcəyə məruz qoyur.”

DACA ABŞ-a uşaq ikən illeqal olaraq gətirilən və ya vizalarının müddəti bitəndən sonra ölkədə qalmağa davam edən yüz minlərlə gənc insanın ölkədə qanuni olaraq qalmalarına imkan verib.

ABŞ-ın Nümayəndələr Palatası mart ayında uşaq ikən ABŞ-a qanunsuz yolla gətiricilən insanların vətəndaşlığa doğru aparacaq bir yolla bağlı qətnamə qəbul edib, lakin qətnamə Senatdan keçmədi.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG