Accessibility links

Bayden: Əfqanıstandan evakuasiya olunanların sayı hər gün dəyişəcək


Prezident Co Bayden bazar günü televiziya çıxışı zamanı Kabildən evakuasiya edilən insanların sayının gündən-günə, həmin günün xüsusi şərtləri və təhlükəsizliyindən asılı olaraq dəyişəcəyini bildirib.

Bazar günü Ağ Ev ABŞ-ın Kabildən son 24 saat ərzində 7800 nəfəri evakuasiya etdiyini, axşam saatlarında isə evakuasiya olunanların ümumi sayına daha 5100 nəfərin əlavə edildiyini bildirib.

Ağ Ev rəsmisinin bildirdiyinə görə, ABŞ son bir həftə ərzində 30300 nəfəri təxliyə edib. Beləliklə, iyulun sonundan bəri Kabildən təxminən 35500 insan evakuasiya edilib. On minlərlə insan hələ də Kabildən çıxmağı gözləyir.

"Evə qayıtmaq istəyən hər bir amerikalı evə qayıdacaq. Biz eyni zamanda Əfqanıstandakı müttəfiqlərimizi və digər həssas əfqanları da oradan çıxarmağa çalışırıq" - deyə, Bayden bildirib.

Bayden Kabildən gələn təyyarələrin heç birinin birbaşa ABŞ-a uçmadığını bildirib. Onun dediyinə görə, təyyarələr ABŞ vətəndaşı olmayan şəxslərin keçmişini və təhlükəsizliyini araşdırmaq üçün bir neçə ölkədəki hərbi bazalara enir.

ABŞ rəsmiləri Talibanın Əfqanıstanı ələ keçirməsindən sonra Dövlət katibi Entoni Blinkenin ifadə etdiyi kimi, "hava limanında son dərəcə qeyri-sabit vəziyyətlə" qarşı-qarşıyadır.

Prezident Baydenin hərbi qüvvələri Əfqanıstandan çıxarma metodu həm Respublikaçılar, həm də Demokratlar tərəfindən çox tənqid edilib.

CBS kanalının bazar günü açıqladığı sorğuda amerikalıların əksəriyyətinin ABŞ qoşunlarının çıxarılma prosesinin "çox pis" və ya "nisbətən pis" keçdiyini dedikləri göstərilib. Amerikalıların 63%-i ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına müsbət yanaşır və yalnız 47% -i Baydenin bu prosesdəki qərarlarına müsbət yanaşdıqlarını bildirib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG