Accessibility links

Bayden ABŞ ordusunun mayın 1-dən sonra da Əfqanıstanda qala biləcəyini deyib


ABŞ prezidenti Co Bayden cümə axşamı təxminən 2500 ABŞ əsgərinin Talibanla əldə olunan razılığa əsasən Amerika qüvvələrinin ölkəni tərk etməsi üçün son möhlət tarixi kimi razılaşdırılan 1 maydan sonra da Əfqanıstanda qala biləcəyini etiraf edib.

"Mayın 1-nə qədər çatdırmaq çətin olacaq" - deyə, Bayden prezident olaraq Ağ Evdə keçirdiyi ilk mətbuat konfransında jurnalistlərə bildirib.

Bayden gecikmələrə görə "taktiki səbəblər" göstərib, lakin deyib ki, ABŞ həmin günə qədər çıxmasa belə, o, ABŞ əsgərlərinin gələn ildən sonra Əfqanıstanda qalacağını təsəvvür edə bilmədiyini deyib.

Bayden "Bunun belə olacağını təsəvvür edə bilmirəm. Mənim orada uzun müddət qalmaq niyyətim yoxdur" deyib.

"Burada əsas sual bizim Donald Trampın qoşunlarımızın ölkəni tərk etməsi ilə bağlı əldə etdiyi və başından bəri həyata keçirilməsi çətin görünən bu razılığı necə və hansı şərtlər altında həyata keçirəcəyimizdir," o deyib.

Co Bayden vəzifəyə gəldikdən az müddət sonra keçmiş prezident Trampın administrasiyası ilə Taliban arasında 2020-ci ilin fevral ayında imzalanan müqaviləni yenidən nəzərdən keçirməyə başlayıb. Bu araşdırma hələ rəsmi olaraq başa çatmasa da, bəzi yüksək vəzifəli rəsmiləri Talibanın razılaşmaya uyğun olaraq üzərinə düşənləri yerinə yetirib-yetirmədiyini sual ediblər.

"Məlum məsələdir ki, Taliban zorakılığı azaldacağına dair verdiyi sözü tutmayıb. Aydındır ki, onlar sülh razılığı imzalanandan bəri onlar zorakılığı bilə-bilə artırıb" - deyə, ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin komandanı, general Riçard Klark cümə axşamı ABŞ qanunvericilərinə verdiyi açıqlamasında bildirib.

ABŞ rəsmilərinin bu razılaşma ilə bağlı tərəddüdlərinə baxmayaraq, Taliban rəsmiləri Vaşinqtondan razılaşmaya olduğu kimi riayət etməsini istəyir.

ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin komandanı, general Riçard Klark
ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin komandanı, general Riçard Klark

"Razılaşmada Amerikanın bütün qoşunlarını (Əfqanıstandan) mayın 1-dək çıxaracağı açıq şəkildə bildirilir və biz yenə də onlardan qarşılıqlı razılaşmadakı son möhlət tarixinə qəti şəkildə əməl etmələrini xahiş edirik" Taliban sözçüsü Zabihulla Mücahid Amerikanın Səsinə bildirib.

ABŞ qoyulan tarixə qədər Əfqanıstandan çıxmaq qərarına gəlsə, təxminən 7000 nəfərlik NATO qüvvəsi də oradan çıxacaq.

ABŞ Dövlət Katibi Entoni Blinken bu həftənin əvvəlində Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü zamanı "Birlikdə daxil olduq, birlikdə tənzimlədik və vaxtı gələndə birlikdə çıxacağıq" deyib.

XS
SM
MD
LG